Azərbaycanın Qarabağ siyasətinə neçə bal qiymət verərdin
AzadliqRadiosuTV-nin gündəlik AzadliqLive proqramında Moskvadakı Qarabağ danışıqlarını müzakirə edirik. Saytda bununla bağlı sorğu da keçiririk. Axşam saat 6.30-a olan nəticələrdə hakimiyyətə ən aşağı qiymət verənlər üstünlük təşkil edirdi. Sən də səs verib öz fikrini bildir.
Qız qalasından hoppanıb Avropa oyunlarını pozmaq (250+)
Kim məni inandıra bilər ki, Qız qalasında özünü atan ofisiant bunu təsadüfən Avropa oyunlarına 200 gün qalmış gündə və bu günün qeyd olunduğu məkanda edir? Axı inandırsalar da, inanmaram. Bu fikirləri jurnalist Mirşahin səsləndirir. Zirə qarpızı onunla razıdır. Ətraflı videoda (3-30-dan sonra)
Ombudsman AXCP fəallarının həbslərindən xəbərsizdir, lakin...
AXCP fəallarının həbslər dalğası ilə bağlı Ombudsman ofisinə müraciət etdik. Ombudsman aparatının hüquqşünası Adil Eyvazov AzadliqRadiosunun telefon zənginə belə bir həbslərdən xəbərsiz olduqlarını bildirdi və məsələ ilə maraqlanacağını dedi. Ətraflı BURADA