Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 09:08

“Axınla aşağı” Amerikaya gedir


C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi “Axınla aşağı” tammetrajlı bədii filmi aprelin 10-dan 19-dək ABŞ-da keçiriləcək iki beynəlxalq festivala dəvət alıb.

Filmin Hyustonda keçiriləcək "Worldfest" film festivalı çərçivəsində təqdimatı olacaq.

“Axınla aşağı” aprelin 30–dan mayın 7-dək Los Angelesdə keçiriləcək SEEFEST Film Festivalında da nümayiş etdiriləcək.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, rejissoru Asif Rüstəmovdur. Baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri ifa edirlər.

XS
SM
MD
LG