Keçid linkləri

2025, 09 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:39

Milli Şuranın «Talana və Yalana Son!» şüarı ilə mitinqi

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyanın gedişi barədə bütün xəbərləri ardıcıllıqla burada izlə.

Aprelin 5-də müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şura Bakıda mitinq keçirib. Müxalifət fəalları “Talana və Yalana Son!” şüarı ilə keçirilən aksiya ilə ölkədə korrupsiyaya, bahalaşmaya etiraz etdiklərini bildirirlər.

Etiraz aksiyası barədə bütün məlumatları burada izləyə bilərsən.

 

Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

15:52 5.4.2015

AKSİYAÇILARIN ÜZƏRİNƏ KARTOF-SOĞAN ATILIR...

Aksiyanın təşkilatçıları bildirirlər ki, aksiya keçirilən "Məhsul" stadionunun ətrafındakı binalardan aksiyaçıların üzərinə kartof-soğan atılır.

15:59 5.4.2015

AKSIYADANININ GEDİŞİNDƏ GÜNDÜZ SAAT 16:00-DA ÇƏKİLMİŞ VİDEOKADRLAR:

Aksiyanın yaxınlıqdan hündürmərtəbəli binadan görüntüsü
Gözlə

No media source currently available

0:00 0:00:14 0:00

***

KEÇMİŞ MİLLƏT VƏKİLİ GÜLTƏKİN HACIBƏYLİ: 

"Olimpiya oyunları, idman tədbirləri gözəl addımlardır. Onların əleyhinə deyilik. İdmançılarımızın səsi daha yüksəkdən gəlsin.

Həkim 200, mədəniyət işçisi 150 manat aldığı halda 8 milyard xərcələnən olimpiya oyunlarını dəstəkləyirsinizmi?

Olmuşdu hər yarağımız, çatmırdı saqqal-darağımız.

Hələ də gec deyil, talan edilsə də, mənimsəniləsədə gec deyil, xalqın mənafeyini, gələcəyini düşünürlərsə, hüquqi, sosial, siyasi islahatlara başlanılmalıdır. Azad seçki mühiti yaradılmalıdır. Bunlar olmasa ölkəmizi gözləyən aclığın, səfalətin qarşını almaq mümkün olamayacaq. Bunları etməyə hakimiyyəti məcbur etmək üçün birgə addımlamalı, mübarizə aparmalıyıq. 

Birinci tələbimiz siyasi məhbusların azadlığının tələbidir. Leyla Yunusun, Xədicənin, İntiqam Əliyevin, Hacı Talehin, Rəsul Cəfərovun, Rəşadətin, Rəşadın, gənclərimizin azadlığını tələb edirik. Siyasi məhbuslara azadlıq və Talana son tələb edirik."

***

"Hər kəs bilir iqtisadiyyatımız böhrandadır. Çünki nefti, qazı satırdıq, soğan, diş çöpü də daxil xaricdən alırdıq. İndi dünyada neft aktuallığını itirib. Artıq Azərbaycana neft pulları gəlməyəcək. Belə şəraitdə Talana son.

Elman Rustəmov (Mərkəzi Bankın sədri) çıxış edib dedi ki, devalvasiyaya uğrayan neftdir. Xeyir, devalvasiyaya uğrayan Azərbaycan iqtisadiyyatdır. Niyə neft pulları gələndə şirkətlər açılmadı, mərmərlər döşəndi, pullar havaya sovruldu? İndi insanlar acınacaqlı cəziyyətdədir.

Bu çətin vəziyyətdə hakimiyət islahatlara başlamalıdır. İqtisadiyat liberallaşmalı, korrupsiyanın qarşısı alınmalı, sahibkarların işinə şərait yaradılmalı, inhisarçılıqla mübarizə aparılmalı, anti-böhran tədbirləri olmalıdır. 

Lakin hakimiyyət dua etməklə məşquldur ki, neft 150 dollara qalxsın hökümət əvvəlki siyasət davam etsin."

Davamı

XS
SM
MD
LG