#mitinq Aksiya iştirakçıları etirazları barədə danışırlar http://t.co/FXbVyelBOJ
— AzadliqRadiosu (@RadioAzadliq) 5.4.2015
AKSİYADAN CANLI YAYIMI BURADA İZLƏ
AXCP SƏDRİNİN MÜAVİNİ NURƏDDİN MƏMMƏDLİ:
"İş elə həddə çatıb ki, indi xalqın qəbirsanlığını satırlar, əcdadlarımızın sümüyü ilə alver edirlər. Bu sondur. Xalq buna baş əyməməlidir.
Bu meydanda Azərbaycana istiqlal qazandıran, hələ də mübarizəsini davam etdirən insanlar var. Onlar mübarizə apardığı Azərbaycana sahib olacaqlar.
Yüzminlərlə vətəndaşlar sizin sıralarınıza qoşulub sizinlə bərabər "Talana son" deyə bilmir. Ancaq onların ürəyi sizinlədir. Biz bu yola Azərbaycan xalqını sevə-sevə çıxdıq.
Bizim mübarizəmiz siyasi çərçivədən çıxıb şərəf uğrunda mübarizədir. İntihar eləyən Qarabağ qaziləri, kreditlərini verə bilməyənlər uğrunda mübarizə aparırıq.
Heç bir xalq mübarizəsiz azadlığa qovuşmayıb.
Biz ona görə bu meydandayıq ki, insan olduğumuzu sübut edək."
#mitinq Aksiya iştirakçıları mitinq barədə http://t.co/oKCxhH4lvi
— AzadliqRadiosu (@RadioAzadliq) 5.4.2015