MİLLİ ŞURA BAKIDA ETİRAZ AKSİYASINA HAZIRLAŞIR
Aprelin 5-də müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şura Bakıda mitinq təyin edib.
Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın bu aksiyanı keçirməsinə razılıq verib. Müxalifət fəalları “Talana son!” şüarı ilə keçirilən aksiya ilə ölkədə korrupsiyaya, bahalaşmaya etiraz etdiklərini bildirirlər.
Milli Şura “Talana və Yalana son!” şüarı ilə martın 15-də də Bakıda etiraz aksiyası keçirmişdi.