Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:02

TQDK ilk sınaq imtahanı keçirir


-

Aprelin 5-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlər üçün ilk sınaq imtahanı keçirir.

TQDK-nın saytının məlumatına görə, sınaq imtahanları respublikanın 29 şəhər və rayonunda təşkil olunub.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48343 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir.

XS
SM
MD
LG