Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:52

Prokuroru girov götürənlər öldürüldü


Mehmet Selim Kiraz, 31 mart, 2015
Mehmet Selim Kiraz, 31 mart, 2015

Türkiyədə təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı prokuroru girov götürmüş iki nəfər öldürülüb, prokurorun özü isə ağır yaralanıb.

Reuters agentliyi xəbər verir ki, prokuror Mehmet Selim Kiraz hazırda xəstəxananın reanimasiya şöbəsində böhranlı vəziyyətdədir.

Təhlükəsizlik qüvvələri bildirib ki, içəridən atəş səsləri eşidildikdən sonra hücum əməliyyatı barədə qərar qəbul olunub.

Son məlumata görə, Kiraz yerləşdirildiyi xəstəxanada vəfat edib.

Onun başına 3, bədəninə 3 güllə dəyib.

XS
SM
MD
LG