Keçid linkləri

2026, 20 Mart, Cümə, Bakı vaxtı 02:23

QHT-lər aprelin 1-dək hesabat verməlidir

Foto illüstrasiya
Foto illüstrasiya

-

Aprelin 1-dən gec olmayaraq qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidir.

Bu haqda Maliyyə Nazirliyinin saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Qanunun 29.4-cü maddəsinə görə, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Nazirlik QHT-lərə maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulduğunu xatırladır.

XS
SM
MD
LG