Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 01:22

Cənub rayonlarında prezidentin səfərinə hazırlıq görülür


İlham Əliyev

-

Lənkəranda və Astarada prezidentin gəlişinə hazırlıq görülür.

Bir həftəyə yaxındır ki, prezidentin keçəcəyi yollarda təmir işləri aparılır.

Prezidentin bu səfərində də, həmişə olduğu kimi, bir neçə yeni tikilmiş obyektlərin açılışı ehtimal edilir. Belə ki, İlham Əliyevin Lənkəranda əsaslı təmir olunmuş mədəniyyət sarayında, ərazi vergilər idarəsində və Xan evində olacağı gözlənilir.

Astarada isə onun dənizkənarı parkın və rayon maliyyə şöbəsi üçün inşa edilmiş inzibati binanın açılışında olacağı deyilir. ​

XS
SM
MD
LG