Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:14

AzadlıqLive 27 mart- Xaricə sığınan azərbaycanlılar

Axşam saat 8-də günün əsas mövzuları haqda reportajlar, müsahibərlər, şərhlər və təhlillər AzadliqRadiosunun 30 dəqiqəlik radioefirində

Martın 27-da AzadlıqLive-da bu mövzuları müzakirə etdik:

(BURADA DİNLƏ)

- ​2010-2014-cü illərdə ŞərqiAvropa ölkələrində 1120 azərbaycanlı sığınacaq istəyib- BMT-nin Qaçqınlar Agentliyinin hesabatı

-Özü axtarışda olan Əlövsət Əliyev deyir ki, azərbaycanlıların xaricdə sığınacaq axtarmasının səbəbi siyasi təqiblərdir

-Fransız prokurorluluğu təyyarəni ikinci pilotiun qəsdən qəzaya uğratmasını bildirəndən sonra hamı pilotların seçilməsindən və hazırlığından danışır-Lubitzin evində axtarış nə göstərdi?

-Ali təhsilə pul xərcləməyə dəyərmi? “The Economist”: Amerika tələbələrinin 45%-i universitetin ilk iki ilində uğur qazanmayıb. Təhsil haqqı isə 20 ildə iki dəfə artıb -Qərb mətbuatının icmalı

-İslam Dövləti yaraqlıları arasında Şimali Qafqazdan 1500 nəfər var-Putinin Şimali Qafqazdakı nümayəndəsi belə deyir. Fevral ayında FSB sədri Bortnikov deyirdi ki, 1700 rusiyalı İD yaraqlıları sırasında döyüşür.

Və AzadlıqLİVE-də Günün sualı – Azərbaycanda pul verib ali təhsil almaq özünü doğruldurmu?

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç. Facebook-da müzakirələrə qoşul

AzadlıqLive proqramının TAM ARXİVİ

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. AzadliqLive, gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

14:24 27.3.2015

Ali təhsilə pul xərcləməyə dəyərmi?

“The Economist”: Amerika tələbələrinin 45%-i universitetin ilk iki ilində uğur qazanmayıb. Təhsil haqqı isə 20 ildə iki dəfə artıb -«Economist» yazır ki, bu heç də o demək deyil ki, universitetə getmək tələbə üçün pis sərmayədir. Dərəcə alanlar almayanlardan daha məhsuldar işləyirsə, onda ali təhsil iqtisadi artıma təkan verəcək. Ancaq işəgötürənlər arasında keçirilmiş bir sorğu da göstərir ki, onlar ən nüfuzlu universitetlərin məzunlarını seçiblər. Lakin bu seçim həmin məzunların öyrəndiklərinə görə deyil, həmin təhsil ocaqlarının sərt seçim proseduruna görə aparılıb. Əsas səbəb odur ki, ali təhsil üçün bazar, səhiyyədə olduğu kimi, yaxşı işləmir. AzadlıqLive-da

13:57 27.3.2015

1120 azərbaycanlı sığınacaq istəyir

sığınacaq yataqxanası
sığınacaq yataqxanası

2010-2014-cü illərdə Şərqi Avropa ölkələrində 1120 azərbaycanlı sığınacaq istəyib- BMT-nin Qaçqınlar Agentliyinin hesabatına görə keçən il sığınacaq istəyən adamların sayı dünyada 866 min nəfərə çatıb. Bu da bir il əvvəllə müqayisədə 45 faiz artımdır. Ən çox sığınacaq istənilən ölkə hansıdır? Axşam saat 8-də AzadlıqLive-da

13:42 27.3.2015

Martın 26-da: Peşmanlar üçün qanun?

-Ramiz Mehdiyevin yerinə kim gələ bilər? Əli Həsənov? Zeynal Nağdəliyev? Yoxsa kim?

- İsa Qəmbər “Peşmanlıq qanununun” qəbul edilməsini təklif edir:« könüllü surətdə bizim tərəfə keçənlər üçün, xüsusən Qarabağ erməniləri üçün «Peşmanlıq Qanunu» qəbul edilməlidir”

- Bakı bulvarında Kosalıq edən iki uşaq atası bayramın qurtarmasını istəmir. Deyir ki, yenə işsiz qalacaq. İki uşağından utanacaq. Kosalıq edənə qədər çox yerdən iş soraqlaşıb-Kosa ilə söhbət

-Azərbaycanda demokratiya, insan haqları sahəsində kəskin gerilımə olduğunu bildirən Avropa Komissiyasının hesabatına Azərbaycanda nə deyirlər?

20:42 26.3.2015

Martın 26-da AzadlıqLive-da nələri müzakirə etdik:

Martln 26-da AzadlıqLive-da : Peşmanlıq qanunu, Kosa yenə işısiz qalacağından qorxur, Avropa Komissiyasının hesabatına Azərbaycanda reaksiyalar, Ramiz Mehdiyevin varisi kim ola bilər?

Gözlə

No media source currently available

0:00 0:25:47 0:00
Direct-ə keçid

Davamı

XS
SM
MD
LG