Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:08

AzadlıqLive 27 mart- Xaricə sığınan azərbaycanlılar

Axşam saat 8-də günün əsas mövzuları haqda reportajlar, müsahibərlər, şərhlər və təhlillər AzadliqRadiosunun 30 dəqiqəlik radioefirində

Martın 27-da AzadlıqLive-da bu mövzuları müzakirə etdik:

(BURADA DİNLƏ)

- ​2010-2014-cü illərdə ŞərqiAvropa ölkələrində 1120 azərbaycanlı sığınacaq istəyib- BMT-nin Qaçqınlar Agentliyinin hesabatı

-Özü axtarışda olan Əlövsət Əliyev deyir ki, azərbaycanlıların xaricdə sığınacaq axtarmasının səbəbi siyasi təqiblərdir

-Fransız prokurorluluğu təyyarəni ikinci pilotiun qəsdən qəzaya uğratmasını bildirəndən sonra hamı pilotların seçilməsindən və hazırlığından danışır-Lubitzin evində axtarış nə göstərdi?

-Ali təhsilə pul xərcləməyə dəyərmi? “The Economist”: Amerika tələbələrinin 45%-i universitetin ilk iki ilində uğur qazanmayıb. Təhsil haqqı isə 20 ildə iki dəfə artıb -Qərb mətbuatının icmalı

-İslam Dövləti yaraqlıları arasında Şimali Qafqazdan 1500 nəfər var-Putinin Şimali Qafqazdakı nümayəndəsi belə deyir. Fevral ayında FSB sədri Bortnikov deyirdi ki, 1700 rusiyalı İD yaraqlıları sırasında döyüşür.

Və AzadlıqLİVE-də Günün sualı – Azərbaycanda pul verib ali təhsil almaq özünü doğruldurmu?

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç. Facebook-da müzakirələrə qoşul

AzadlıqLive proqramının TAM ARXİVİ

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. AzadliqLive, gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

13:43 23.3.2015

"Vicdan məhbuslarına qəzet də vermirlər"

Əfv fərmanı ilə azadlığa çıxmış Orxan Eyyubzadə deyir ki, Kürdəxanı təcridxanasında ilk 3 ay saxlanma şəraiti yaxşı olmayıb. Onu karantində də çox saxlayıblar. Adi məhkumların bir-biri ilə salamlaşıb görüşməyində heç bir problem yoxdur. Siyasi məhbuslara, vicdan məhbuslarına isə uzaqdan uzağa salamlaşmağa belə imkan verilmir. Siyasi məhbuslara,vicdan məhbuslarına qəzet də vermirlər. Ancaq ictimai fəallardan kim həbs olunurdusa, həmin həbs xəbərləri dərc olunan qəzetləri onlara mütləq çatdırırlar ki, dostlarınız gəlir. İctimai fəalların kamerasında lüzumsuz axtarışlar aparılması adi hal olub. Deyir ki, yenə siyasi fəaliyyətlə məşğul olacaq. Onu da deyir ki, “azadlığa çıxmağım üçün hakimiyyətdən heç nə xahiş etməmişdim”. “Ancaq hakimiyyətdən Rəşadət Axundovu azadlığa buraxmağı xahiş edirəm. Çünki Rəşadətin azyaşlı uşağı var, Rəşadət hələ o uşağın əlindən tutub gəzdirməyib”.AzadlıqLive-da

13:56 23.3.2015

"Kimsə həbs oluna bilməz, -stereotipi dağıldı"

“Artıq “kimlərsə həbs oluna bilməz” stereotipini dağıdıblar. “Adamlar var, düşünürlər ki, əgər bu adamlar həbs olunubsa, onda məni də həbs etmək heç nədir onların əlində”. Bəzi insanlarda müəyyən qədər qorxu yaranıb”

2011-ci il Azərbaycanın ən yeni tarixinə həm də xeyli sayda fəal gənclərin müxtəlif ittihamlarla həbs edilməsi ilə yazıldı. Beynəlxalq təşkilatlar onların demək olar ki, hamısını vicdan məhbusu kimi tanıdı. Həmin gənclərdən biri də AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlıdır. AzadliqLive-da

14:08 23.3.2015

Manatının devalvasiyasından 30 gün sonra...

Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov deyir ki, manatın devalvasiyası daşınmaz əmlakın qiymətini artıra bilər. Necə? Ətraflı AzadlıqLive-da

14:13 23.3.2015

"Surroqat analıqda zina elementləri var"

Türkiyənin Dini Komitəsi – Diyanet İşleri Başkanlığı bildirir ki, surroqat analıq dini baxımdan qəbuledilməzdir, çünki bunda zina elementləri var. Xəbəri “The Independent” Hurriyet Daily News-a istinadla yayıb. Diyanet yaydığı bəyanatda bildirib ki, evlənməmiş cütlüklər arasında süni mayalanma “insani hisslərin” təhqiri deməkdir. Qurumun mövqeyinə görə, süni mayalanmaya o zaman icazə verilər ki, sperma və yumurtalıq evli cütlüyə aiddir. Qərb mediasının icmalı AzadlıqLive-da

Davamı

XS
SM
MD
LG