Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 08:27

ABŞ İranla «pis razılaşma»ya getməyəcək

John Kerry
John Kerry

-

ABŞ-ın dövlət katibi John Kerry İranla aparılan nüvə danışıqlarında «əsaslı inkişaf» olduğunu bildirib. Amma onun dediyinə görə, hələ də boşluqlar qalmaqdadır. Kerry əlavə edib ki, Vaşinqton pis razılaşmaya doğru getməyəcək.

İranın rəsmi heyəti Lozannada ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiya rəsmiləri ilə danışıqlar aparıb. Danışıqlarda bildirilib ki, Tehran nüvə proqramını məhdudlaşdırarsa, qarşılığında iqtisadi sanksiyalar götürüləcək.

İran prezidenti də yerli mətbuata razılaşmanın mümkünlüyündən danışıb. ​

This item is part of
XS
SM
MD
LG