Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 23:47

J.Warlick: «Dağlıq Qarabağda yenidən gücün tətbiqi faciədir»

James Warlick
James Warlick

-

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini pozur.

Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick öz «Twitter» səhifəsində yazıb:

«Dağlıq Qarabağda yenidən gücün tətbiqi faciədir və atəş rejiminin pozulması ilə nəticələnir. Hələ ki, tərəflər bir-birini ittiham edir, bu hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini sarsıdır».

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, martın 19-da erməni silahlı bölmələrinin hücumunun qarşısı alınib, Ermənistanın 20-dək hərbçisi ölüb və ya yaralanıb.

This item is part of
XS
SM
MD
LG