Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:41

ABŞ Konqresində "erməni soyqırımı" haqda qətnamə layihəsi hazırlanıb


ABŞ Konqresi
ABŞ Konqresi

-

Martın 18-də ABŞ Nümayəndələr Palatasının bir qrup üzvü hazırladığı yeni qətnamə layihəsini təqdim edib.

Qətnamə layihəsində onlar ABŞ prezidenti Barack Obamanı 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlə yetirilməsini soyqırım kimi tanımağa çağırırlar.

"Erməni soyqırımı: Həqiqət və Ədalət" adlanan qətnamə layihəsini 40 respublikaçı və demokrat millət vəkili dəstəkləyir.

Qətnamə layihəsində 1915-ci ilin hadisələri "insanlığa qarşı cinayət" adlandırılır.

Sözügedən tarixi olaylara Türkiyə və Ermənistan fərqli yanaşır.

Ermənistan deyir ki, Osmanlı İmperiyasının yürütdüyü siyasətin nəticəsi olaraq ermənilər soyqırım ediliblər və 1,5 milyon erməni öldürülüb.

Türkiyə isə bildirir ki, ölənlərin sayı 3 dəfə şişirdilib. Ölüm halları əsasən köç və aclıqla bağlı olub.

Obama indiyəcən çıxışlarında o dövrün hadisələrini "soyqırım" yox, "faciə" adlandırıb.

Qətnamə layihəsini hazırlayanlardan biri, Kaliforniyadan olan Adam Schiff bildirib ki, ermənilərin soyqırıma məruz qalması "danılmaz faktdır" və 20-ci əsrin ilk soyqırımıdır.

Yerevanda "soyqırım abidəsi"
Yerevanda "soyqırım abidəsi"

Respublikaçı Robert Dold isə deyib ki, ABŞ bu qətnaməni qəbul etməklə bütün dünyaya mesaj verməlidir ki, insan haqlarını pozan heç bir ölkəyə tolerantlıq göstərməyəcək.

Nümayəndələr Palatasının sədri John Boehner qətnamə layihəsini müzakirəyə çıxarıb-çıxarmayacağına heç bir işarə etməyib.

Ağ ev də qətnamə layihəsinə münasibət bildirmək istəməyib.

Ermənilərin Osmanlı İmperiyasında qətlini soyqırım kimi 20 dövlət tanıyıb. O cümlədən Rusiya.

ABŞ-ın 44 ştatı "soyqırım"ı tanıyıb. ​

Türkiyə bu məsələnin ABŞ Konqresində gündəmə gətirilməsini həmişə pisləyib.

Baxmayaraq ki, bununla bağlı qətnamə layihəsi hələ heç vaxt Konqresin gündəliyinə salınaraq ümumi müzakirəyə çıxarılmayıb.

XS
SM
MD
LG