Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:29

Putin də "soyqırımın 100-cü ildönümü" adlanan tədbirə qatılacaq


Putin və Sarkisian
Putin və Sarkisian

-

Rusiya prezidenti Vladimir Putin ermənilərin soyqırım adlandırdıqlar hadisələrin 100-cü ildönümü ilə bağlı keçiriləcək anım tədbirinə qatılmaq üçün Yerevana səfər edəcək.

Bu barədə Kremldən bildiriblər.

Aprelin 24-də keçiriləcək tədbir 1915-ci ildə Osmanlı İmperiyasında qətlə yetirilən erməniləri yad etmək üçündür.

Kremlin mətbuat katibi Putinin Yerevana səfərini təsdiqləyərək deyib ki, bu barədə iki prezident arasında olmuş telefon danışığı zamanı qərar verilib.

Ermənistan 1915-ci ildə 1,5 milyon erməninin öldürüldüyünü iddia edir. Türkiyə isə real rəqəmin 500 min olduğunu bildirir və bunun əsasən köç və aclıqla bağlı olduğunu deyir.

Yerevanda "soyqırım abidəsi"
Yerevanda "soyqırım abidəsi"

Rusiya "erməni soyqırımı"nı tanımış 20 ölkədən biridir.

Bu arada belə bir xəbər də yayılıb ki, Putin xəstədir.

Amma Peskov xəbəri təkzib edib və bunu "mart dəliliyi" adlandırıb.

Ermənistan Rusiyanın Qafqazda ən yaxın müttəfiqidir.

Amma bu ilin yanvarında Gümridə bir rus hərbçisi erməni ailəsini qırandan sonra Ermənistanda Rusiyaya qarşı narazılıqlar artıb.

XS
SM
MD
LG