Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:41

Vladimir Putin sanksiyaların vurduğu ziyanı etiraf etdi


Vladimir Putin Krımın ilhasqının bir illiyi münasibətilə Kremlin qarşısına toplaşmış minlərlə rusa müraciət edib.
Vladimir Putin Krımın ilhasqının bir illiyi münasibətilə Kremlin qarşısına toplaşmış minlərlə rusa müraciət edib.

Rusiyanın Krımı Ukraynadan ilhaq etməsinin ildönümü günündə prezident Vladimir Putin bununla əlaqədar Moskva üzərinə qoyulmuş Qərb sanksiyalarının ölkəyə ziyan vurduğunu etiraf edib.

İnterfax agentliyinin məlumatına görə Putin deyib ki, “fərdlərə və əsas iqtisadiyyat sektorlarına qoyulmuş sanksiyalar öldürücü deyil, lakin bununla belə, işimizə mane olur”.

Minlərlə rus Krımın ilhaqının bir illik “yubileyi” ilə əlaqədar Moskvadakı Qırmızı meydana yığılıb.

Rusiyaya qarşı sanksiyalar Avropa İttifaqı liderləri tərəfindən bu həftə müzakirə ediləcək.

Avropa Şurasının prezidenti Donald Tusk bildirib ki, sanksiyaların, Ukrayna hökuməti özünün şərq sərhədlərində nəzarəti əlinə alanadək saxlanmasını təklif edir.

Kremlin qarşısına toplaşmış 100 minədək insana müraciət edən Putin iddia edib ki, ukraynalılar və ruslar eyni xalqdırlar.

Bundan bir qədər əvvəl Putin Gürcüstandan qoparılmış Cənubi Osetiya regionu ilə Moskvanın bağlarını gücləndirən müqavilə imzalayıb.

Bu müqavilə Cənubi Osetiyanın hərbi və siyasi baxımdan Rusiyaya inteqrasiyasını nəzərdə tutur.

NATO və Qərb Abxaziya və Cənubi Osetiya ilə Rusiya arasında bağlanmış “ittifaq” müqavilərlərini Gürcüstanın ərazi bütövlüyünə qəsd kimi tənqid edir.

XS
SM
MD
LG