Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:35

“Nüvə texniki məsələlərin 90 faizi həll olunub”


Lozannada danışıqlar
Lozannada danışıqlar

-

İranın nüvə məsələləri üzrə təmsilçisi Ali Akhbar Salehi deyir ki, ölkənin nüvə proqramı üzrə danışıqlarda “texniki məsələlərin 90 faizi ilə bağlı” razılaşma əldə olunub. Salehi martın 17-də Lozannada danışıqlardan sonra danışıb. Onun sözlərinə görə, “tərəflərin ancaq bir böyük məsələ üzrə fikir ayrılığı var, onu da bu axşamkı görüşdə həll etməyə çalışacaqlar”. Həmin goruş İranın xarici işlər naziri Mohammad Javad Zarif və ABŞ Dövlət katibi John Kerry arasında keçirilib. Salehi həll olunmamış məsələ barədə ətraflı danışmayıb.

Ağ Ev isə nüvə sazişi barədə nikbinliyi azaltmağa çalışıb, sözçü Josh Earnest deyib ki, “prezidentlərin fikir ayrılıqları azalmayıb”.

Martın sonunadək İran dünyanın altı fövqəldövləti ilə razılaşma imzalamağa çalışır. Məqsəd Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyalara son qoyulmasıdır.

XS
SM
MD
LG