Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 21:29

AzadlıqLive 20 mart

Axşam saat 8-də günün əsas mövzuları haqda reportajlar, müsahibərlər, şərhlər və təhlillər AzadliqRadiosunun 30 dəqiqəlik radioefirində

AzadlıqLive-da axşam saat 8-də bu mövzuları müzakirə etdik:

-Prezident Ilham Əliyev deyir ki, Azərbaycana təzyiq etmək istəyənlər üçün Avropa Oyunları sadəcə bəhanədir: “Olimpiya Oyunlarını keçirmək üçün yeddi il vaxt verilir. Biz isə cəmi iki il yarıma, ən aşağı büdcə ilə bunu edirik. Dünən Avropanın mərkəzində nümayişçilərin etirazına səbəb bir binanın inşası olmuşdu. Bizim bütün Avropa Oyunlarına hazırlıq işlərinə xərclədiyimiz vəsait bir binaya xərclənib. Bəs haradadır “Transparency International”? Niyə bu işlərdə öz sözünü demir? Avropada nəqliyyatla bağlı bir infrastruktur obyekti var. On ildir inşa edilir. Bizim Avropa Oyunlarının hazırlanmasına xərclədiyimizin ikiqatı qədər oraya pul xərclənib, hələ ki, tikintisi qurtarmayıb. Bəs niyə bu barədə danışmırlar? Niyə bu barədə yazmırlar? Bu, ritorik suallardır. Ancaq biz bu sualları verməliyik və veririk”

-Prezidentin dediklərinə reaksiyalar

-Sürücünün avtobusa mindirməkdən imtina etdiyi, əlil arabasında gəzən oğlanla müsahibə

-Kadyrovla FSB arasında uçurum yaranıb- Qərb mediasının icmalı

-Vikinq məzarından tapılan üzükdə Allahın adı yazılıb

-Naxçıvanda torpağı icbari sığorta edirlər, ancaq təbii fəlakət olanda sığortanı vermirlər

-Broyler toyuqları ildən-ilə niyə şişir? -Dünyadakı təmayül xarici ekspertləri narahat edir

Və AzadlıqLİVE-də Günün sualı – Xaricdən və daxildən Azərbaycanda durumu tənqid edənlər təzyiq göstərmək istəyirlər yoxsa həqiqətən vəziyyətin yaxşılaşmasını istəyirlər?

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç. Facebook-da müzakirələrə qoşul

AzadlıqLive proqramını BURADA DİNLƏ

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. AzadliqLive, gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

18:18 16.3.2015

Avropa Oyunlarının könüllüləri kimlərdir və nə iş görəcəklər?

Könüllü Murad Abakarov: “Atletlərin düzgün qidalanmasına mən cavabdehəm. Hansı idmançı yeməyini götürdü, yeməyi haradan götürmək lazımdır və s. istiqamət göstərəcəyəm”. "16 gün pulsuz-parasız"- AzadlıqLive-da

Gözlə

No media source currently available

0:00 0:29:58 0:00
Direct-ə keçid

21:10 16.3.2015

Bizi izlədiyinə görə çox sağ ol. Mövzularla bağlı şərhin və ya yeni mövzu təklifin olsa, bizə yaz.

Sabah yenidən eyni yerdə - AzadliqLive-da görüşənədək.

14:05 17.3.2015

AzadliqLive martın 16-da mövzuları müzakirə etmişik:

- 1995-ci ilin mart hadisələrinin 20-ci ildömümüdür- 3 OMON-çu hələ də ömürlük həbsdədir...

- Milli Şuranın 15 mart mitinqinin sonrası ​

- Həbsdə olan jurnalist Xədicə İsmayılın anası ilə Novruzqabağı söhbət

- Bakı 2015 Avropa Oyunlarında böyük bir könüllü ordusunun olacağını deyirlər. Bu gənclər Avropa Oyunları zamanı gələn qonaqları və atletləri qarşılamaq, onları müşayiət etmək kimi işləri görəcəklər. Bu gənclər kimlərdir? Avropa Oyunları könüllüləri

Davamı

XS
SM
MD
LG