Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:28

Azərbaycanın "Eurovision" təmsilçisi bu gün müəyyənləşir


Azərbaycanı builki “Eurovision” mahnı yarışmasında təmsil edəcək müğənninin adı martın 15-də axşam bəlli olacaq.

Bu barədə "Eurovision"un rəsmi saytı məlumat verir. Məlumatda deyilir ki, seçim prosesi ötən həftə başlayıb.

APA-nın məlumatına görə iştirakçnın müəyyənləşdirməsi üçün münsiflər artıq qapalı seçim ediblər.

Onlar Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edə biləcək son üç nəfəri - Nərminə Behbudova, Nərminə Seyidova və Elnur Hüseynovu müəyyən ediblər.

Elnur Hüseynov seçilərsə bu onun ikinci təmsilçiliyi olacaq. O, “O ses Türkiyə” yarışmasına qatılması və birincilik əldə etməsi ilə yenidən Azərbaycanda gündəmə gəlib.

Azəbaycan "Eurovision" mahnı yarışmasına ilk dəfə 2008-ci ildə qatılıb. Bu yarışmada ölkəni Elnur Hüseynov və Samir Cavadzadə dueti təmsil edib.

2009-cu ildə Aysel və Araş dueti yarışmada 3-cü oldu.

2010-cu ildə Azərbaycanı təmsil edən Safura Əlizadə yarışmanı 5-ci olaraq başa vurub.

2011-ci ildə Elnur və Nigar dueti ilə Azərbaycan ilk dəfə yarışmada birinci olub.

20012-13-cü illərdə Azərbaycan təmsilçiləri yarışmanı ilk onluqda başa vurublar.

Ötən il isə Dilarə Kazımovanın təmsilçiliyi ilə Azərbaycan 22-ci yerdə qərarlaşıb.​

XS
SM
MD
LG