Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:45

Kerry: “İranla konstruktiv siyasi razılıq əldə oluna bilər”


John Kerry
John Kerry

-

İran nüvə proqramının dinc məqsədli olduğunu sübut edə bilərsə, “yaxın günlərdə” Tehranla konstruktiv siyasi razılıq əldə oluna bilər. ABŞ Dövlət katibi John Kerry belə deyib.

Martın 15-də İsveçrənin Lozanna şəhərində ABŞ dövlət katibi ilə İranın xarici işlər naziri Mohammad Javad Zarif arasında görüş olacaq. Görüşün əsas məqsədi nüvə proqramı ilə bağlı Tehranla altı fövqəldövlət arasındakı fikir ayrılığını aradan qaldırmaqdır. Tərəflər iyunun sonunadək razılıq əldə etmək niyyətindədirlər.

Kerry deyib ki, Tehran nüvə silahı yaratmaq cəhdindən əl çəkərsə, əvəzində İrana qarşı iqtisadi sanksiyalar da yüngülləşdirilər. Dövlət katibi qeyd edib ki, “əsaslı fikir ayrılıqları” hələ də qalır və irəli getmək üçün İran “vacib seçim” etməlidir.

XS
SM
MD
LG