Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:49

Los-Ancelesdə İran azərbaycanlılarının problemləri müzakirə olunub


İnsan hüquqları fəalı Faxtə Zəmani və jurnalist Həbib Azərsina
İnsan hüquqları fəalı Faxtə Zəmani və jurnalist Həbib Azərsina
Oktyabrın 21-də Amerikanın Los-Anceles şəhərinin Kaliforniya Universitetində Amerika Azərbaycanlı Gənclər Forumu keçirilib. Forumu Kaliforniyadakı Amerikalı Azərbaycanlılar Şurası təşkil edib.

Şuranın sədri Cavid Hüseynov deyir ki, forumda azərbaycanlılardan başqa, amerikalılar və başqa qonaqlar da iştirak edib, buna görə də tədbir ingilis dilində keçirilib.


Forumda İran azərbaycanlılarının problemlərinə də toxunulub. Bununla bağlı insan hüquqları fəalı Faxtə Zəmani və jurnalist Həbib Azərsina çıxış ediblər.


Cavid Hüseynov deyir ki, forumda bu cür tədbirlərin hər il Amerikanın müxtəlif şəhərlərində keçirilməsi qərara alınıb.


Parisdə «Azərbaycan - mədəniyyət və sivilizasiyaların kəsişməsində» həftəsi keçirilib


Bu günlərdə Parisdə «Azərbaycan - mədəniyyət və sivilizasiyaların kəsişməsində» həftəsi keçirilib.


Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi Eleonora Hüseynova deyir ki, həftə YUNESKO-nun 60 illik yubileyi münasibətilə təşkil edilən tədbirlər çərçivəsində baş tutub. Oktyabrın 16-dan 20-dək YUNESKO-nun zalında fotosergi təşkil edilib. Azərbaycan həftəsi «Mədəniyyətlər dialoqu: folklordan müasir ritmlərə qədər» adlı qala-konsertlə başa çatıb.


Çin-Azərbaycan Dostluq Cəmiyyəti təsis edilib


Oktyabrın 19-da Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin binasında Çin-Azərbaycan Dostluq Cəmiyyəti təsis edilib. Çinin Azərbaycandakı keçmiş səfiri Ley İnçen cəmiyyətin sədri seçilib. Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev deyib ki, cəmiyyətin məqsədi Azərbaycanla Çin arasında hərtərəfli dostluq münasibətlərinin inkişafını təmin etməkdir.


Torontoda Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Oktyabrın 19-20-də Toronto şəhərində Beynəlxalq Diaspor Forumu keçirilib. Forum çərçivəsində baş tutan dəyirmi masada isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Forumda Azərbaycan diasporasını Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının prezidenti, Makmaster Universitetinin professoru İlham Axundov təmsil edib.


Strasburqda Londondakı Azərbaycanlı Gənclər Klubunun nümayəndəliyi təsis edilib


Strasburqda Londondakı Azərbaycanlı Gənclər Klubunun nümayəndəliyi təsis edilib. Kluba Strasburqun Markblok Universitetində fransız dili fakültəsində oxuyan Nahid Ramazanov rəhbərlik edir. Cənab Ramazanov deyir ki, klubun məqsədi Fransada oxuyan azərbaycanlı gəncləri bir araya gətirmək və Londondakı Gənclər Klubu ilə birgə fəaliyyət göstərməkdir. Nahid Ramazanov bildirir ki, onlar da Londondakı klub kimi, Azərbaycan dilində qəzet buraxmaq və radioların birində Azərbaycan dilində verilişin yayılmasına başlamaq istəyirlər.


DİNLƏYİN


XS
SM
MD
LG