Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:10

Pakistan öz pilotsiz təyyarələrini testdən keçirib


«Burraq»
«Burraq»

-

Pakistan özünün istehsal etdiyi, lazerlə idarə olunan pilotsuz təyyarəsini uğurla sınaqdan çıxardığını bəyan edib.

Martın 13-də Pakistan hərbçiləri bildiriblər ki, «Burraq» (uçan at mənasını verir) adlanan uçan qurğu statik və hərəkət edən hədəfləri istənilən hava şəraitində yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.

Quru qoşunları qərargahının rəisi general Raheel Sharif pilotsuz təyyarəni və «Barq» (ildırım) raketlərini «böyük milli uğur» və «əlamətdar hadisə» adlandırıb. Sharif bildirib ki, yeni pilotsuz təyyarə terrorla mücadilədə imkanları artırır.

Pakistan uçan aparatların istehsalı üçün uzun zamandır ABŞ-dan texnologiya verməsini xahiş edirdi. Bundan başqa, İslamabad Amerika pilotsuz təyyarələrinin əfqan taliblərini və başqa yaraqlıları təqib etmək məqsədilə onun Əfqanıstanla sərhədlərinə daxil olmasına açıq səkildə etirazını bildirir.​

XS
SM
MD
LG