Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:18

Təzə avtobuslarda əlillərin oturacaqlarını sökən sürücülər cəzalandırılıb


Arxiv fotosu
Arxiv fotosu

-

"Mən işə 88 saylı marşrut üzrə hərəkət edən avtobusla gedib gəlirəm. İndi həmin marşrut üzrə xətdəki avtobuslar yeniləri ilə əvəz olunub. Yeni avtobuslarda əlillər üçün yerlər də nəzərdə tutulub. Ancaq sürücülər avtobusların daxili konstruksiyalarını dəyişiblər".

AzadlıqRadiosunun "Qaynar xətt"inə zəng vuran sərnişinlərin şikayəti avobus sürücülərindəndir. Cənnət Həsənovanın sözlərinə görə, 88 saylı marşrut avtobusu üzrə hərəkət edən təzə avtobuslarda əlillər üçün nəzərdə tutulmuş hissələri sökülüb.

"DEYİRLƏR, XOŞUN GƏLMİR, DÜŞ TAKSİYƏ MİN"

"Bir az artıq pul qazanmaqdan ötrü nəyə desən gedirlər. Bunların bir sahibi var ya yox? Ayaq üstə müştəri tutumu daha çox olur deyə, oturacaqlara qədər söküb atırlar. Səsini çıxaran sərnişinə də deyirlər, xoşun gəlmir, düş taksiyə min".

88 saylı xəttin sahibi, “Çinar-Trans” MMC-nin direktoru Etibar Manafov iki avtobusda oturacaqların söküldüyünü təsdiqləyib. Bildirib ki, bunu edən sürücü cəzalandırılıb, oturacaqlar bərpa edilib.

İtaliya və Türkiyə müştərək şirkətlərin istehsalı olan avtobuslar Bakıya bir neçə gün əvvəl gətirilib. Biri 150 min avroya başa gələn avtobuslarda əlillər üçün də yerlər nəzərdə tutulub.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, yeni avtobuslarda konstruksiyalarına nəzarət məqsədilə reydlər keçiriləcək.

XS
SM
MD
LG