Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:03

Dövlət Baytarlıq Xidməti:" Sahibsiz itlərin vurularaq yandırılması xəbəri təxribatdır"


Foto arxiv
Foto arxiv

“Bu günlərdə sosial şəbəkələrdə sahibsizitlərin vurularaq yandırılması barədə yayılan məlumat və görüntülər təxribatdır”.

Bunu martın 12-də jurnalistlərə Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova deyib.

O bildirib ki, Azərbaycan 1997-ci ildə Strasburqda heyvanların müdafiəsi haqqında beynəlxalq konvensiyaya qoşulub, 2005-ci ildə isə bununla bağlı qanun imzalayıb.2011-ci il martın 9-da isə nazirlər kabineti ölkədə it-pişikvə ev heyvanlarının saxlanması qaydaları barədə qərar qəbul edib.

Siyalə Rüstəmova deyir ki, hazırda ölkə ərazisində 250 minə yaxın it quduzluğa qarşı peyvənd olunub və ilk dəfə olaraq vəhşi təbiətdə də sahibsiz heyvanlaraquduzluğa qarşı peyvənd vurulacaq.

Xidmət rəhbəri deyir ki, artıq bununla bağlı xüsusi qruplar və respublika üzrə xəritələr hazırlanıb.

XS
SM
MD
LG