Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:30

Ağ ev respublikaçıların İranla bağlı mövqeini kəskin pisləyib


Barack Obama
Barack Obama

Ağ ev İranın nüvə proqramı ilə bağlı razılaşmada respublikaçı senatorların mövqeini kəskin tənqid edib.

Ağ evin sözçüsü Josh Earnest bildirib ki, senatorların bu addımı siyasi motivlidir və prezident Barack Obamamnın xarici siyasətini pozmağa yönəlib.O bunu Obamanın xarici siyasətinə qarşı yönəlmiş “partizan strategiyası”nın davamı adlandırıb.Ernest bildirib ki, respublikaçıların İran liderlərinə ünvanladığı bu məktub, Tehranla razılığa gəlmək cəhdlərinə mane olur.

Prezident Barack Obama isə bildirib ki, bir sıra konqresmenlərin Tehranla istənilən razılaşmaya qarşı çıxan iranlı mühavizəkarlarla qəribə ittifaqa girmək istəməsi təəccüblüdür.

İranın xarici işlər naziri Mohammad Javad Zarif də respublikaçıların bu addımını pisləyib.O bir qrup senatorun imzaladığı bu məktubu təbliğat vasitəsi adlandırıb və bildirib ki, əgər yeni administrasiya İranla hər hansı bir razılaşmanı rədd etsə bu beynəlxalq qanunların kobudf şəkildə pozulması olacaq.

Respublikaçılar İranla danışıqların pozulacağı halda Tehrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq edilməsini istəyirlər.

Amma prezidentin vetosundan qaçmaq üçün onlara demokratların dəstəyi lazımdır.

--

47 respublikaçı senatordan ibarət qrup Obama administrasiyasına xəbərdarlıq edib ki, İranla əldə oluna biləcək nüvə razılaşmasının ömrü, Konqresdə təsdiqlənməzsə, az ola bilər.

Senator Tom Cotton və daha 46 respublikaçı İran liderlərinə ünvanladıqları açıq məktubda qeyd edirlər ki, əgər razılaşma layihəsi Konqresdə müzakirəyə çıxarılmadan imzalansa, bu, sadəcə hazırkı ABŞ presidenti Barack Obama ilə İran lideri Ayətulla Ali Khamenei arasında imzalanmış sənəddən o yana gedə bilməyəcək.

"TƏKƏRƏ ÇUBUQ SALMAQ"

“ABŞ-ın növbəti prezidenti öz qələmi ilə həmin razılaşmanı sadəcə ləğv edə bilər. Gələcəkdə Konqres istənilən vaxt razılaşmanın maddələrinə yenidən baxa bilər” – deyə məktubda bildirilir.

Təkcə respublikaçılar yox, bəzi demokratlar da İranla istənilən razılaşma layihəsinin Konqresdə müzakirə edilməsini istəyirlər.

Ağ ev isə respublikaçı millət vəkillərini “təkərə çubuq salmaq” - İranla danışıqlara maneçilik törətmək cəhdində ittiham edib.

Ağ evin sözçüsü Josh Earnest bildirib ki, bu, respublikaçıların Obamanın xarici siyasətini iflasa uğratmaq üçün apardıqları kampaniyanın davamıdır.

Prezident Obamanın özü respublikaçı senatorların İrandakı “mühafizəkarlar”a məktub yazmasına ironiya ilə yanaşıb.

Senatdakı demokrat qrupunun səlahiyyətcə ikinci təmsilçisi Richard Durbin isə respublikaçıların məktubunu “sinikcəsinə hərəkət” adlandırıb, onların həssas beynəlxalq danışıqları bu yolla pozmağa cəhd etməkdə suçlayb.

PAKT VƏ SAZİŞİN FƏRQİ

ABŞ və dünyanın digər 5 güc dövləti İranın nüvə silahı əldə etməyə çalışdığını düşünür. Onlar nüvə proqramı üzərində nəzarət müqabilində İrana güzəştlər təklif edirlər. O cümlədən beynəlxalq iqtisadi sanksiyaların ləğvini.

Iran -- Arakdakı nüvə obyekti
Iran -- Arakdakı nüvə obyekti

İrana razılığa gəlmək üçün vaxt da verilib. Martın 31-cən razılaşmanın siyasi çərçivəsi müəyyən edilməli, iyunun 30-da isə son razılaşma imzalanmalıdır.

Danışıqların gedişində hazırlanan sənədin adı paktdır. Bu isə Senatın təsdiqini tələb etmir.

Əgər saziş olsaydı, Senatdan 3-də 2 səs çoxluğu ilə keçməsi lazım olardı.

İranın xarici işlər naziri Mohammad Javad Zarif isə bildirib ki, istənilən razılaşmaya BMT-nin Təhlükəsizlik Şurasında səsvermə ilə təminat verilməlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG