Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 08:39

-

Martın 4-də ABŞ Dövlət katibi John Kerry Səudiyyə Ərəbistanına gedib. Məqsəd martın 5-də Körfəz rəsmiləri ilə İranla nüvə danışıqlarını müzakirə etməkdir. Kerry İsveçrədə İranın xarici işlər naziri Mohammad Javad Zarif ilə danışıqlardan dərhal sonra səfərə yollanıb.

Fövqəldövlətlər İranı inandırmağa çalışır ki, nüvə fəaliyyətini məhdudlaşdırsın, əvəzində iqtisadi sanksiyalar yumşaldılsın.

Kerry Səudiyyənin yeni kralı Salman, daha sonra Körfəz Əməkdaşlıq Şurasının üzvləri olan ölkələrin xarici işlər nazirləri ilə görüşəcək.

Sünni idarəçiliyində olan Körfəz ölkələri İranın nüvə silahı hazırladığını düşünür. İsrail də bu mövqedədir.

İran isə nüvə proqramının dinc məqsədli olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG