Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 23:40

Günəş enerjili təyyarə uçuşa başlayıb

Solar Impulse 2 təyyarəsi
Solar Impulse 2 təyyarəsi

-

Martın 9-da səhər Əbu Dabidən havaya qalxan təyyarə ancaq günəş enerjisi ilə Yer kürəsinin ətrafına dolanacaq. Təyyarə 10 saatlıq uçuşdan sonra Omana, Muskata çatacaq.

Sakit və Atlantik Okeanlar üzərindən beş və ya altı günlük fasiləsiz uçuş nəzərdə tutulur.

Si2 adlı təyyarənin qanadlarının kənar nöqtələri arasındakı məsafə böyük laynerdəkindən biraz uzundur, ancaq çəkisi minik avtomobili qədərdir.

Solar Impulse təsisçiləri və pilotlar Bertrand Piccard və André Borschberg ümidvar olduqlarını bildiriblər ki, “köhnə çirkləndirici texnologiyaları təmiz, səmərəli olanlarla əvəzləməyə” maraq və həvəs oyadacaqlar.

This item is part of
XS
SM
MD
LG