Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:07

İki müəssisə hərraca çıxarılır


Foto: Arxiv
Foto: Arxiv

-

Əmlak Məsələləri Dövlət Komitəsi martın 31-də iki müəssisəni hərraca çıxaracaq.

Bu barədə Komitənin rəsmi saytında məlumat verilib.

Bakının Lökbatan qəsəbəsindəki sahəsi 360 kvadratmetrdən çox olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi satışa çıxarılır. Müəssisənin start qiyməti 27 500 manata yaxındır.

İmişlidə yerləşən və sahəsi 94 kvadtratmetr olan eyniadlı müəssisənin isə start qiyməti 6200 manatdır.

Hər iki müəssisədə güzəştli satışda iştirak hüququ olan 1 nəfər var.

Hərracın şərtinə görə, auksionda iştirak etmək istəyən şəxslər əvvəldən beh ödəməlidirlər.

XS
SM
MD
LG