Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:38

Məşhur aktyorun sürdüyü təyyarə qəzaya uğradı


Harrison Ford-un qəzaya uğramış təyyarəsi, 5 mart, 2015
Harrison Ford-un qəzaya uğramış təyyarəsi, 5 mart, 2015

-

Məşhur Hollivud aktyoru, "Indiana Jones" və başqa filmlərdə baş rolları oynamış Harrison Ford xəstəxanaya düşdü.

Onun idarə etdiyi, 2-ci Dünya Müharibəsinə aid təyyarə Kaliforniyada qəzaya uğrayıb.

Havaya qalxandan 20 dəqiqə sonra təyyarənin motorunda problem yaranıb.

Buna baxmayaraq 72 yaşlı aktyor təyyarəni yaşayış massivindən yayındıra və yerə endirə bilib, amma çanaq sümüyü və ayağında sınıqlarla, başında əziklər, qolunda kəsiklərlə xəstəxanaya yerləşdirilib.

Vəziyyəti orta ağırdır.

Aktyor əməliyyat olunub və sözçüsü onun həyatı üçün təhlükə olmadığını bildirib.

Harrison Ford
Harrison Ford

XS
SM
MD
LG