Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:44

160 nəfər öldürmüş snayper haqda film rekord qırır


-

Bu film İraqda yaraqlıları "dənləyən" Amerika snayperi haqdadır.

“Amerika snayperi” indi ABŞ-da ən çox baxılan filmdir.

Film 2 həftəyə 200 milyon dollar toplayıb və yaxın həftələrdə də populyarlığını qoruyacağı gözlənir.

Vestern filmlərinin ulduzu Clint Eastwood-un çəkdiyi bu filmdə baş rolu Bradley Cooper oynayır.

Hollivud tarixində yalnız bir neçə film ilk iki həftəsində 200 milyon dollar toplayıb. ​

(Ardı aşağıda)

"Amerika snayperi" bu ilki "Oscar" mükafatına 6 nominasiyada (o cümlədən "Ən yaxşı film") namizəddir.

Film həm də ABŞ-da və başqa ölkələrdə debatlara yol açıb: Kyle qəhrəmandırmı?

Film İraqda döyüşmüş ABŞ xüsusi təyinatlısı Chris Kyle-ın memuarları əsasında yaradılıb.

Chris Kyle Amerika hərb tarixində ən dəqiq snayper sayılır.

Onun 255 nəfər öldürdüyü deyilir (Bunun 160-ı rəsmən təsdiqlənib). Ona İraqda “Ramadinin Şeytanı” deyirmişlər. Onu 2013-cü ildə ABŞ-da başqa bir müharibə veteranı güllələyib.

Chris Kyle
Chris Kyle

Kyle-ın "Amerika snayperi" kitabı
Kyle-ın "Amerika snayperi" kitabı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG