Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:40

AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Azərbaycana gəlir


 Robert Walter
Robert Walter

Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Walter hesabat hazırlamaq üçün martın 12-13-də Azərbaycana gələcək.

Avropa Şurasının mətbuat xidmətindən verilən məlumata görə, o, prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər ölkə rəsmiləri iləgörüşəcək.

Həmçinin Walterin Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, parlamentdə təmsil olunan siyasi partiya liderləri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşü planlaşdırılır.

Robert Walter AŞPA-nın 2014-cü il payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi təyin edilib.

XS
SM
MD
LG