Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:40

«Baku Electronics» barəsində iş qaldırıldı


«Baku Electronics»
«Baku Electronics»

-

İqtisadiyyat və Sənaye Nazirliyi «Baku Electronics» MMC-i süni qiymət artımında ittiham edir.

Nazirliyin rəsmi saytında verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti «Baku Electronics»in satdığı məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə alıcılardan müraciətlər alıb: «Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı «Baku Electronics» MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib».

Nazirlik bununla bağlı «Baku Electronics» MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

«Baku Electronics» MMC-nin hüquqşünası Vüqar Məmmədov AzadlıqRadiosuna bildirib ki, nazirliyin ittihamı barədə martın 5-də xəbər tutublar: «Səhər işə gəlmişik, baxırıq xəbərlərə və bunu eşidirik. Nazirlik bizə birbaşa hər hansı xəbərdarlıq etməyib və ya bildiriş verməyib»

«Manatın devalvasiyasından sonra «Baku Electronics» MMC-in məhsullarında qiymət arımı olub» sualının cavabında Vüqar Məmmədov dedi ki, o, şirkətin hüquqşünasıdır, satış şöbəsinin işindən xəbərsiz olduğu üçün bu barədə dəqiq bir söz deyə bilməz: «Biz indi məsələni araşdırırıq».

XS
SM
MD
LG