Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:49

Donetskdə şaxtada 33 nəfər ölüb


Zasyadko şaxtasından çıxmış fəhlələr
Zasyadko şaxtasından çıxmış fəhlələr

-

Donetskdə martın 4-də səhər kömür şaxtasında partlayışda 33 nəfər həlak olub. Məlumatı Ukrayna hökumətinin Donetsk regional administrasiya rəsmiləri təsdiqləyib.

Ancaq rəsmilər həmin şaxtaya yaxın düşə bilmirlər, çünki həmin ərazi rusiyapərəst separatçıların nəzarətindədir.

Yaraqlılar isə 24 nəfərin öldüyünü, 9 nəfərin itkin düşdüyünü bildirir.

Donetsk administrasiyası hazırda Mariupol şəhərində yerləşir. Rəsmilər 17 nəfərin meyitinin Zasyadko şaxtasından çıxarıldığını, daha 16 nəfərin meyitinin tapıldığını bildirir.

Kiyev əraziyə xilasedicilər göndərmək istəsə də, separatçılar imtina edib.

Ukrayna baş naziri Arseniy Yatsenyuk Rusiya Federasiyasına çağırış edib ki, separatçılara göstəriş versin və xilasedicilərin işinə imkan yaradılsın.

XS
SM
MD
LG