Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:42

Kerry İranla danışıqlarda irəliləyiş olduğunu deyir


John Kerry
John Kerry

ABŞ Dövlət katibi John Kerry İranın nüvə proqramı ilə bağlı danışıqlarda müəyyən irəliləyiş olduğunu bəyan edib.

Amma dövlət katibi qeyd edib ki, yekun razılaşma üçün hələ uzun yol keçməlidirlər.

O bunu nartın 2-də BMTİnsan Haqları Şurasının Cenevrədə keçirilən toplantısında deyib.

İranın xarici işlər naziri Javad Zarif isə jurnalistlərə bildirib ki, əgər tərəflər lazımınca siyasi iradə nümayiş etdirə və İrana qarşı sanksiyaların ləğvində razılaşa bilsələr razılaşma artıq bu həftə də yekunlaşa bilər.

Zarif bildirib ki, əgər onlar razılaşma istəyirsə, onda sanksiyalar aradan qaldırılmalıdır.

Martın 2-də İsveçrədə Kerry ilə Zarif arasında danışıqların növbəti mərhələsi gözlənilir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

İranla danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa,

Rusiya, Çin və Almaniya iştirak edir.

XS
SM
MD
LG