Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:01

Yaxın günlərdə Çexiyaya əslən çex olan 138 Ukrayna vətəndaşı gələcək


Foto arxiv
Foto arxiv

Əslən cex olan bir qrup Ukrayna vətəndaşı ölkənin şərqini tərk edib.

Çexiya radiosunun martın 1-də verdiyi məlumata görə, 40-dan çox adam artıq avtobusla Zaporojye vilayətinin Çexoqrad məntəqəsini tərk edib.

Onların əsilləri Ukraynaya 19 əsrdə gediblər.

Əsasən milliyətçə cexlərin yaşadığı bu qəsəbə cəbhə xəttinin təxminən 200 kilometrliyində yerləşir.

Yaxın günlərdə Çexiyaya təxminən 138 belə ukraynalının gəlişi gözlənilir.

Çexiya hökuməti onların hamısının ev,iş və tibbi sığorta ilə təmin ediləcəklərini vəd edib.

Ukrayna mətbuatının yazdığına görə, hazırda ölkədəçex əsilli təxminən 20 min adam var.

Çexiya hökuməti 1990-cı illərin sonlarında 200-ə yaxın çex əsilli Qazaxıstan vətəndaşı qəbul edib.

XS
SM
MD
LG