Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:47

Kopenhagen atışmaları ilə əlaqədar üçüncü şübhəli həbs olunub


Bu ayın əvvəllərində Kopenhagendə iki nəfəri güllələmiş yaraqlıya kömək etməkdə şübhəli bilinən üçüncü şəxs həbs olunub.

Danimarka polisi bu hadisə barədə çox az məlumat verərək bildirib ki, həmin şəxs məhkəmə qarşısına şənbə günü çıxarılacaq.

Omar El-Hussein-ə yardım göstərməkdə şübhəli bilinən daha iki şəxsə qarşı ittiham hücumlardan dərhal sonra elan edilmişdi.

El-Hussein-nin özü azad ifadə debatlarına və bir sinaqoqa hücum etdiyi zaman polis tərəfindən öldürülüb.

Atışma nəticəsində bir kinorejissor və bir yəhudi həlak olub, daha beş polis nəfəri yaralanıb.

Bu ayın əvvəllərində həbs olunmuş iki şəxs yaraqlıya silah və sursat verməkdə şübhəli bilinirlər.

Onlar həmçinin hücum edənin gizlənməsinə kömək ediblər.

El-Hussein Danimarka polisinə əvvəllər də tanış olub, lakin baş nazir Helle Thorning-Schmidt onun hər hansı qruplaşmanın üzvü olmadığını söyləyib.

El-Hussein sözü gedən hücumdan iki həftə əvvəl həbsxanadan buraxılmışdı. O iki illik həbs cəzasını yenicə başa vurmuşdu.

XS
SM
MD
LG