Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:51

Isabel Santos həbsdəki hüquq müdafiəçiləri ilə görüş istəyir


Isabel Santos
Isabel Santos

-

ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin sədri Isabel Santos fevralın 26-də Azərbaycanla bağlı açıqlama yayıb. Açıqlamada ölkədə vətəndaş cəmiyyəti və jurnalistlərə təzyiqlərdən narahatlıq bildirilir. Deputat həbsdə olan insan haqları müdafiəçilərinə baş çəkmək xahişini bir daha dilə gətirir.

“Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlərə hədələr davam etməkdədir və nəzarətsiz buraxılıb. Ölkə getdikcə özünün demokratik məqsədlərindən uzaqlaşır. Bu həftə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın məhkəməsi qapalı keçirilib, ötən həftə isə insan haqları fəalı Leyla Yunusun həbs qətimkan tədbiri uzadılıb. Bu hadisələr beynəlxalq ictimaiyyətin bir narahatlığını dərinləşdirir – hakimiyyətin məqsədi bütün müstəqil səsləri və narazıları susdurmaqdır, buna son qoymaq lazımdır,” Santos deyib.

“Leyla Yunus, hüquq müdafiəçiləri Anar Məmmədli və Rəsul Cəfərova baş çəkmək xahişlərimə hələ də cavab verilməyib. Bir daha bu barədə müraciət edirəm,” deputat xanım əlavə edir.

Isabel Santos son aylar Xarici işlər naziri Elmar Məmmədyarov, onun müavini Mahmud Məmmədquliyevə məktublar göndərərək hüquq müdafiəçilərinə ittihamlar, eləcə də AzadlıqRadiosunun Bakı bürosunun bağlanması barədə əlavə informasiya istəyib. Bu ilin fevralında aldığı cavablarda ona Yunus və AzadlıqRadiosuna qarşı işlərlə bağlı məhdud informasiya verilib.

Xanım Santos ötən ilin iyununda da Anar Məmmədliyə baş çəkmək istəmişdi, ancaq nə o vaxt, nə də indi xahişinə cavab verən olmayıb.

XS
SM
MD
LG