Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 22:39

Arif Yunusun həbs müddəti daha 5 ay uzadılıb


Arif Yunus

Hazırda həbsdə olan politoloq Arif Yunusun həbs müddəti daha 5 ay uzadılıb.

Qərar fevralın 23-də Nəsimi Rayon Məhkəməsində çıxarılıb.

Bu barədə Turana vəkil Əfqan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Arif Yunus ifadə verməkdən imtina edir.

Əfqan Məmmədov qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

Arif Yunus 2014-cü il avqustun 5-də, həyat yoldaşı və hüquq müdafiəçisi Leyla Yunus isə, onadn 5 gün əvvəl, iyulun 30-da həbs olunub.

Onlar Ermənistanın xeyrinə casusluq, vergidən yayınma və digər maaddələrlə ittiham olunurlar.

Leyla və Arif Yunuslar ittihamları rədd edir və həbslərinin siyasi motivli olduğunu deyirlər.

Amnesty İnternational təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG