Bakıya gələn idmançıların pulunu Azərbaycan ödəyir
Britaniya Avropa Oyunlarına Bakıya 160 atlet göndərəcək. Bu, ötən il Soçiyə göndəriləndən 3 dəfə çoxdur. Böyük Britaniya komandasının rəhbəri Mark England deyib ki, komandanın göndərilməsi xərcini artıqlaması ilə təşkilatçılar, yəni Azərbaycan çəkir. Axşam saat 8-də AzadliqLive-da
Fevralın 26-da Xocalıda baş verənlərdən 23 il ötür.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri Xocalıya hücum edib.
Rəsmi məlumatda deyilir ki, həmin vaxt 613 nəfər öldürülüb, 1000 nəfər aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib.
8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin vaxt 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Reklamlar azərbaycancadırmı?
Dil qurumu reklamların mətninə nəzarət edəcək. Qurumun rəhbəri Qulu Məhərrəmli ilə söhbət Azadlıqlive-da
Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib http://t.co/JSo9Zp6WfH via @radioazadliq #AzadliqLive
— AzadliqRadiosu (@RadioAzadliq) 26.2.2015