Keçid linkləri

2024, 28 Aprel, bazar, Bakı vaxtı 23:45

AzadliqLive - 28 Fevral

Günün əsas xəbərlərini AzadliqLive-də yazıb, müzakirə edirik...

AzadliqLive fevralın 27-də efirdə olmuş AzadlıqLive-ı BURADA DİNLƏ

Proqramda bu mövzular müzakirə edilib:

- Avropa Oyunları Təşkiilat Komitəsi açıqlama yayıb ki, idmançıların pulunun ödənməsi qanunidir, yəni öhdəliyə uyğundur.

- İqtisad universitetinin tələbə-rektoru ilə müsahibə.

- Ailədə ikinci qız doğulanda bankda adına 10 min manat olan hesab açılacaq?

- Azərbaycan qazının Avropa perspektivləri.

Bu və digər mövzuları AzadliqLive-da BURADA DİNLƏ.

AzadlıqLİVE-in forumunda və Facebookda müzakirələr üçün günün sualı – Azərbaycanda universitetlərdə rektorların özləri də seçilməlidirmi yoxsa təyin olunmalıdır? ​

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç.

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. Axşam saat 8-də AzadliqLive-ı canlı yayımda , gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

15:39 23.2.2015

XƏDİCƏ İSMAYIL CƏRİMƏLƏNDİ...

Vəkil Elton Quliyev: «Hakim növbəti dəfə qanunu pozaraq Xədicə İsmayılın iştirakı olmadan hökmü elan etdi. Xədicə 2500 manat cərimə olundu». Məhkəmədən reportaj axşam saat 8-də AzadlıqLive-da

16:17 23.2.2015

YOL POLİSİ TƏKZİB EDİR

Yol polisi yay oyunları vaxtı toyların qadağan olunmasına çağırmır. Yol Polisi bildirir ki, jurnalistlər səhv başa düşüb. Axşam saat 8-də AzadlıqLive-da

16:42 23.2.2015

Manatın dəyərdən düşməsi hələ də aktual mövzu olaraq qalır.

Cavad Bədəlov adlı şəxs Milli Bank sədri Elman Rüstəmovun «manat düşməyəcək» fikrinə belə video hazırlayıb:

20:01 23.2.2015

Bəzi rayonlarda 30 saat su olmayacaq

Arxiv fotosu
Arxiv fotosu

​Bakının bəzi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, 24 fevral 2015-ci il tarixdə saat 04:00-dan Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində 30 saat müddətinə məhdudiyyətlər olacaq.

Səbəb Maştağa və Ramana su anbarları komplekslərini birləşdirən magistral su xətlərinin yenidən qurulmasıdır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Davamı

XS
SM
MD
LG