Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 07:08

AzadliqLive - 28 Fevral

Günün əsas xəbərlərini AzadliqLive-də yazıb, müzakirə edirik...

AzadliqLive fevralın 27-də efirdə olmuş AzadlıqLive-ı BURADA DİNLƏ

Proqramda bu mövzular müzakirə edilib:

- Avropa Oyunları Təşkiilat Komitəsi açıqlama yayıb ki, idmançıların pulunun ödənməsi qanunidir, yəni öhdəliyə uyğundur.

- İqtisad universitetinin tələbə-rektoru ilə müsahibə.

- Ailədə ikinci qız doğulanda bankda adına 10 min manat olan hesab açılacaq?

- Azərbaycan qazının Avropa perspektivləri.

Bu və digər mövzuları AzadliqLive-da BURADA DİNLƏ.

AzadlıqLİVE-in forumunda və Facebookda müzakirələr üçün günün sualı – Azərbaycanda universitetlərdə rektorların özləri də seçilməlidirmi yoxsa təyin olunmalıdır? ​

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç.

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. Axşam saat 8-də AzadliqLive-ı canlı yayımda , gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

14:45 25.2.2015

Qorunmayan əmanətlər artır

Azad Cavadov: “Bazarda qorunmayan əmanətlərin həcmi artıb”. Əmanətlərin Sığortalanması Fondunun direktoru qorunan əmanətlərin faiz dərəcəsinin qaldırılması səbəblərindən danışır. AzadlıqLive-da

14:41 25.2.2015

Azərbaycanlı kişilərin mini ətək geyinməsi Qərb mediasında

"Guardian" yazır: "Azərbaycanlı kişilər qadınlara qarşı kişilərin zorakılığına etiraz olaraq mini ətək geyinib küçəyə çıxıb...Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada qadınların üçdə biri partnyorunun zorakılığına və ya başqa bir kişinin cinsi zorakılığına məruz qalıb. BMT-nin hesablamalarına görə, cinsi istismara məruz qoyulan 4.5 milyonun demək olar hamısı qızlar və ya qadınlardır". AzadlıqLive-da axşam saat 8-də

14:37 25.2.2015

Artur Rasi-zadəyə “Şöhrət” ordeni verildi...

Fevralın 25-də İlham Əliyev yeni sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə Artur Tahir oğlu Rasi-zadə “Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycanda yaşına və vəzifə kreslosunda oturduğu illərin sayına görə rekordçu elə Baş nazir Artur Rasizadənin özüdür. 79 yaşlı Artur Rasizadə artıq 19 ildir ki, hökumətə rəhbərlik edir.

Davamı

XS
SM
MD
LG