Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:10

Amerikalılar Rusiyanı ən böyük düşmən sayırlar


Ukrayna - Putinin karikaturası, müəllif: Oleksy Kustovsky
Ukrayna - Putinin karikaturası, müəllif: Oleksy Kustovsky

-

Amerika əhalisi xarici dövlətlər arasında ən çox Rusiyanı ölkələrinin başlıca düşməni kimi görür.

Bunu "Gallup" şirkətinin keçirdiyi son rəy sorğusunun nəticələri deyir.

İki il əvvəl rəyi soruşulanların yalnız 2%-i bu fikirdə idisə, 2014-cü ildə Rusiya ilə Birləşmiş Ştatlar arasında gərginliyin artmasından sonra bu göstərici 9%-ə çıxmışdı. İndi isə bu cür düşünənlərin sayı 18%-ə qədər artıb. Bununla da Rusiya ABŞ-ın əsas düşmənləri siyahısında Şimali Koreyanı da geridə qoyaraq ilk sıraya çıxıb.

Sorğu fevralın 8-dən 11-dək olan müddətdə, yəni beynəlxalq ictimaiyyətin Ukrayna ilə onun şərqindəki rusiyameyilli separatçılar arasında atəşkəs razılaşmasına vasitəçilik etdiyi bir vaxtda keçirilb.

Sorğunun nəticələrinə görə, getdikcə daha çox amerikalı Rusiyanın hərbi qüdrətini ABŞ üçün ciddi təhlükə sayır. Bir il öncə belə düşünənlər rəyi soruşulanların 32%-ni təşkil edirdisə, bu il 49% olub.

Rusiya “Amerikanın düşmənləri” siyahısında "liderliyi" ələ keçirdiyindən, əvvəlki illərdə siyahının başında durmuş ölkələr (2014-cü ildə Çin, 2011-ci və 2012-ci illərdə İran) bu il geriləyiblər. Başlıca düşmən kimi Çinin adını çəkənlər bir il ərzində 8% azalaraq 12%-ə düşüb. İranı əsas düşmən kimi görənlər də 7% azalıb və hazırda 9%-dir.

*0.5 faizdən az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG