Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:54

ABŞ Mariupoldan narahatdır. Separatçıların yeni hədəfi


Ukrayna əsgərləri Mariupol yaxınlığında Chermalyk kəndində, 20 fevral, 2015
Ukrayna əsgərləri Mariupol yaxınlığında Chermalyk kəndində, 20 fevral, 2015

-

Ukrayna bildirir ki, Rusiyanın dəstəklədiyi yaraqlılar Debaltsevodan sonra növbəti hədəf kimi Mariupol şəhərini seçiblər.

Ukrayna ordusunun sözçüsü Andriy Lysenko fevralın 20-də deyib ki, son 1 sutkada 20-dən çox Rusiya tankı, 10 raket sistemi və rus əsgərləri ilə dolu avtobuslar Ukrayna sərhədini keçib.

Sözçü bildirib ki, hazırda Ukrayna ordusunun nəzarətində olan və strateji əhəmiyyət daşıyan Mariupol şəhərinin yaxınlığında Rusiya ordusu və separatçıların xeyli canlı qüvvə və hərbi texnika topladığı müşahidə edilir. Separatçıların nəzarət etdiyi Novoazovsk istiqamətində.

Mariupol Azov sahilində yerləşir və onun işğal edilməsi ilə separatçıların Rusiyanın bir müddət əvvəl ilhaq etdiyi Krıma quru yolu da açmaq şansı arta bilər.

Bu arada ABŞ Rusiyaya xəbərdarlıq edib ki, separatçıları dəstəkləməyə davam edərsə, Minsk razılaşmalarına riayət edilməzsə, yeni sanksiyalarla üzləşə bilər.

Jen Psaki
Jen Psaki

Ağ ev bildirib ki, atəşkəsin pozulması hallarının artması "müasir dünya düzəninə təhlükə yaradır".

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki qeyd edib ki, ABŞ xüsusilə Mariupol yaxınlığında hücumların artmasından narahatdır.

Avropa Birliyinin prezidenti Donald Tusk isə bəyan edib ki, birliyin liderləri ilə məsləhətləşmələr aparmaqdadır. Məqsəd separatçılar və Rusiyanı atəşkəs razılaşmasına əməl etməyə məcbur edəcək tədbirlərin görülməsidir.

Tusk bildirib ki, atəşkəs 300 dəfədən çox pozulub.

O cümlədən separatçılar Rusiyanın dəstəyilə Debaltsevo şəhərini alıblar.

Tuskun sözlərinə görə, Avropa Birliyi elə bir nöqtəyə yaxınlaşır ki, “xüsusi tədbirlərə əl atılmasa, daha diplomatik cəhdlər faydasız ola bilər”.

O bildirib ki, məsləhətləşmələrdən sonra fevralın 22-də Kiyevə səfər edəcək.

Fevralın 20-də Fransa prezidenti Francois Hollande və Almaniya kansleri Angela Merkel də atəşkəsin pozulmasından narahatlıqlarını bildiriblər.

Hollande xəbərdarlıq edib ki, atəşkəsə əməl etməyən ölkəyə qarşı sanksiyalar qoyulacaq.

XS
SM
MD
LG