Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:51

Donetskdə azərbaycanlı iş adamı öldürülüb


Foto arxiv
Foto arxiv

Ukraynanın Donetsk şəhərində azərbaycanlı iş adamı avtomobilində partladılaraq öldürülüb.

Donetsk vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, Krasnoarmeysk şəhəri Azərbaycanlılar Cəmiyyətinin sədri Şahin Bəylərov APA-ya bildirib ki, əslən Naxçıvanın Sədərək rayonundan olan, Ukrayna vətəndaşı, 57 yaşlı C. Məmmədovun maşını ötən həftənin şənbə günü Donetskdə qumbaraatanla atəşə tutulub.

30 ildən çox Ukraynada yaşamış C. Məmmədov Donetsk vilayətində sərnişindaşıma və xaricdən avtomobillərin idxalı ilə məşğul olub.

O, bir müddət əvvəl Donetskdə azərbaycanlıları təmsil edən cəmiyyət yaradaraq ona rəhbərlik edib.

Onun meyiti Azərbaycana göndərilib və doğulduğu rayonda dəfn olunub.

XS
SM
MD
LG