Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:06

«Azad və ədalətli seçkinin sehrini gördük!»


-

«O Səs Türkiyə» mahnı yarışmasının qalibi Elnur Hüseynovun qələbəsi siyasətçiləri də sevindirib.

«Həmişə qələbələrdə!».

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər sosial şəbəkədə sevincini belə bölüşüb:

«Elnur oxumaqda, Acun əyləncə yaratmaqda 1 nömrə olduğunu, Türkiyə cəmiyyəti isə ədalətli olduğunu sübut etdi. Ən əsası bir yerdə yenə də azad və ədalətli seçkinin sehrini gördük! Hamıya təbriklər!»

«Elnurun qələbəsi hamımızın qələbəsidir»

Deputat Aydın Mirzəzadə yazır ki, «Gənc istedadımızın qələbəsi hamımızı ürəkdən sevindirdi, hamıya böyük bir ruh verdi. Bu, Elnurun istedadının, musiqi duyumunun, səhnə mədəniyyətinin qələbəsi idi. Bu, Azərbaycan mədəniyyətinin, Azərbaycan ruhunun qələbəsi idi. Bu, Azərbaycan səsinin xaricdə də məmnuniyyətlə dinlənməsinin qələbəsi idi.

Bu ən əsası Azərbaycan-Türkiyə birliyinin qələbəsi, Azərbaycan-türk xalqlarının qardaşlığının, bir-birinə məhəbbətinin qələbəsi idi. Biz birlikdə güclüyük».

Elnur Hüseynov yarışmanın finalında «Aşk» mahnısını ifa edib.

Ebru Gündeş-in qrupunda yer alan Elnur Hüseynov «O səs Türkiyə»nin qalibi olub.

Elnur Hüseynov 2008-ci ildə Samir Cavadzadə ilə birgə Azərbaycanı «Eurovision» mahnı yarışmasında «Day After Day» mahnısı ilə təmsil edib, 8-ci olublar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG