Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 07:08

Tikinti şirkətinin direktoru həbs olunub


-

Eyni mənzilləri ayrı-ayrı adamlara satması ittihamı ilə tikinti şirkətinin direktoru həbs olunub.

Baş prokurorluğun yaydığı məlumata görə, istintaq zamanı “RUM” Mənzil Tikinti Kooperativinin direktoru İman Hüseynovun Bakının Xətai rayonu, M.Hadi küçəsi 41 saylı ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında “mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min manatı mənimsədiyinə əsaslı şübhələr yaranıb”.

İman Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tikinti şirkəti direktorunun bu ittihamı qəbul edib-etmədiyi məlum deyil.

XS
SM
MD
LG