Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 02:42

Gazprom Macarıstana qaz göndərməyə hazırdır

Vladimir Putin Budapeştdə mətbuat konfransında
Vladimir Putin Budapeştdə mətbuat konfransında

-

Rusiya prezidenti Vladimir Putin fevralın 17-də Budapeştə səfəri zamanı deyib ki, Gazprom 2015-ci ildən sonra da Macarıstana təbii qaz göndərməyə hazırdır. İkitərəfli qaz sazişi bu il bitir.

Putin ötən ilin iyunundan bəri ilk dəfə olaraq Avropa Birliyi ölkəsinə səfər edib. Minlərlə macarıstanlı bu səfərə etiraz yürüşü keçirib, baş nazir Viktor Orban-ı Macarıstanın "putinləşdirilməsni" dayandırmağa çağırıb.

Budapeştdə Putin-lə danışıqlardan sonra Orban deyib ki, "enerji mənbələri və məhsullarının ixracı üçün Macarıstana Rusiya lazımdır".

Orban Rusiya ilə çevik uzunmüddətli təbii qaz sazişi imzalamağa çalışır.

This item is part of
XS
SM
MD
LG