Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:56

"Döyüşçü klubu"nun müəllifindən daha bir roman


-

"Qanun" nəşriyyatından iki yeni kitab gəldi:

Chuck" Palahniuk. GÜNDƏLİK

Məşhur "Döyüşçü klubu" romanının müəllifi, ABŞ yazıçısı Chuck" Palahniuk-in daha bir romanı Azərbaycan dilində!.

Kitabda süjet istedadlı gənc rəssam Misti Uilmotun ətrafında inkişaf edir. O, içki aludəçisidir və mehmanxanada ofisiant işləyir.

Onun əri Piter podratçıdır və intihar cəhdindən sonra komaya düşüb. Piterin müştəriləri onun təmir elədiyi evlərin divarlarına yazıb gizlətdiyi müraciətnamələri bəhanə gətirərək Mistini məhkəməyə verəcəkləri ilə təhdid edirlər.

Qəflətən Mistinin rəssamlıq qabiliyyəti özünə qayıdır. İlhama gəlmiş rəssam qadın tezliklə başa düşür ki, yüzlərlə insanın həyatına təhlükə törədən böyük bir sui-qəsdin təşkilatçılarının əlində, sadəcə, oyuncaqdır...

Tərcümə: Kifayət Haqverdiyeva

Charles Dickens. OLİVER TVİSTİN MACƏRALARI

Kiçik yaşlarından kimsəsiz qalan Oliver yad adamların qapılarını dolaşaraq sonda Londona gəlib çıxır.

Təsadüf onu azyaşlı cinayətkarlardan ibarət bir dəstəyə gətirir. Həyatın dibindəki bu amansız mühitdə Oliver hər cür sınaqlardan keçməli olur. Saysız-hesabsız macəralar sonda yeniyetməni xeyirxah insanlarla üzləşdirir.

Çarlz Dikkensin “Oliver Tvistin macəraları” kitabı müəllifin sosial romanlarından biridir. O, ədalətli olaraq dünya ədəbiyyatının şedevrləri siyahısına daxil edilib.

Tərcümə: Əkbər Ağayev

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG