Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:52

Balıqçılar rüşvət və qanunsuzluğu «tora salmaq istəyir»- [video]


Satıcılar balıq bazarının sökülməsinə imkan vermir
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Satıcılar balıq bazarının sökülməsinə imkan vermir

-

Fevralın 16-da Neftçala rayon icra hakimiyyətinə məxsus traktorlar rayon mərkəzindəki «Balıq Bazarı»nı sökməkməyə cəhd ediblər.

Bu haqda AzadlıqRadiosuna bazarın rəhbəri Zakir Fərzəliyev məlumat verib. Onun bildirdiyinə görə, satıcılar və yerli əhali bazarın sökülməsinə imkan verməyib:

«ƏLİL QARDAŞIM ÖZÜNÜ YANDIRMAQ İSTƏDİ»

«Bu dəfə texnika ilə sökməyə gəlmişdilər. Camat çıxdı qarşılarına imkan vermədilər. 30-a yaxın icra hakimiyyətinin əməkdaşı da gəlmişdi. Bu dəfə polislər yaxın gəlmədi. Baxdılar ki alınmır, geri qayıtdılar. Sən demə çox adamı görüb ehtiyat ediblər. Daha sonar axşamüstü gəldilər. Bu dəfə bazara ortaq olduğumuz «20 Yanvar» əlili olan qardaşım Məhəmməd Fərzəliyev dedi ki, bazar sökülsə özümü yandıracağam. Benzin şüşəsi də əlində idi. Sonra polislər gəldi, qardaşımın özünü yandırmasına imkan vermədilər. Bazarı sökməyə gələnlər yenə geri qayıtdılar. Dedilər ki, sabah gəlib sökəcəklər».

«SABAH NECƏ OLACAQ, BİLMİRİK…»

Zakir Fərzəliyev deyir ki, icra hakimiyyətinin bazarı sökməkdə tələsməsinin səbəbləri var:

«Bildiyiniz kimi icra başçısı öz bazarına marağı artırmaq üçün bizim bazarı neçə vaxtdır sökdürmək istəyir. Biz isə buna imkan vermirik. Xəbər var ki, fevralın sonlarına kimi bizim icra başçısını başqa rayona göndərirlər. O da istəyir ki, bu vaxta kimi məqsədinə çatsın. Bütün müavinlərini, əməkdaşlarını göndərmişdi bu gün. Birtəhər qarşısını ala bildik. Sabah necə olacaq bilmirik».

Neftçala rayon icra hakimiyyətindən bazarın sökülməsi ilə bağlı deyilənlər münasibət bildirmək istəmədilər.

RƏSMİLƏR TƏKZİB EDİR...

Yanvarın 12-dən başlayaraq ticarət mərkəzində çalışanlar fasilələrlə bazardan çıxarılmalarına etiraz olaraq aksiyası keçirirdilər.

Aksiyaçılar deyirdi ki, rayonun icra başçısı özünə yeni ticarət mərkəzi tikdirib və bazarda çalışanların məcburi ora köçmələrini istəyir.

Neftçala rayon icra başçısının müavini Dilavər Quliyev AzadlıqRadiosuna müsahibəsində ticarətçilərin səsləndirdiyi iddiaları cəfngiyyat sayıb:

«Bunlar hamıs uydurmadır. İcra başçısının heç yerdə ticarət mərkəzi yoxdur. Rayonda hər kəs qanun çərçivəsində ticarətlə məşğul ola bilər. Polislər də bu cür məsələlərə müdaxilə etmirlər».

XS
SM
MD
LG