Keçid linkləri

2017, 29 İyul, şənbə, Bakı vaxtı 15:54

ABŞ-da rusiyalıya casusluğa görə hökm oxundu


Evgeny Buryakov məhkəmədə

-

Nyu Yorkda bankda çalışan Rusiya vətəndaşına casus şəbəkəsində iştiraka görə hökm oxunub. Fevralın 9-da Menhetten federal məhkəməsinin çıxardığı hökmdə deyilir ki, Evgeny Buryakov və daha iki nəfər casus kimi hərəkət ediblər.

2012-ci ildən yanvara kimi Buryakov aşağı rütbəli diplomatlardan istifadə edərək ABŞ-ın Rusiya banklarına qarşı mümkün sanksiyaları barədə həssas iqtisadi kəşfiyyat materialı toplayıb.

Müstəntiqlər onların digərlərini də bu işə cəlb etdiklərini deyiblər. Buryakov eyni zamanda Rusiya bankının Menhetten filialında işləyib.

İttiham irəli sürülən diplomatların Rusiyaya qayıtdığı bildirilir. Diplomatik statusları onlara toxunulmazlıq verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG